Göyçayda “Kraz”, Abşeronda isə "Ford Tranzit" markalı yük maşını yanıb

Göyçayda  “Kraz”, Abşeronda isə "Ford Tranzit" markalı yük maşını yanıb
# 06 iyun 2015 17:18 (UTC +04:00)

Bakı-APA. Göyçayda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Məlikkənd kəndində vətəndaşa məxsus “Kraz” markalı yük avtomobilində baş verib. Nəticədə avtomobilin yanar hissələri və yük yerinə yığılmış 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Abşeronda qeydə alınıb. "Ford Tranzit" markalı yük avtomobilinin salon, mühərrik və qabaq hissəsinin 2 təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR