İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb
# 19 mart 2015 08:15 (UTC +04:00)

Bakı. APA-Econmics. İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb.

Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata əsasən, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Həbib Əliyevin üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə, ümumi xalis çəkisi 2,933 qram olan narkotik vasitə - heroin aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR