Əbülfəs Qarayev: “Rusiya bazarı Azərbaycan turzmi üçün böyük əhəmiyyət kəsb edir”

Əbülfəs Qarayev: “Rusiya bazarı Azərbaycan turzmi üçün böyük əhəmiyyət kəsb edir”
# 17 mart 2015 12:56 (UTC +04:00)

Bu seqment Rusiya bazarında Azərbaycan turizmi üçün çox önəmli və həlledici rol oynamaqdadır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtında keçirilən “2nd Condé Nast Traveller Luxury Travel Fair” turizm sərgisində iştirak edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Azərbaycan ilk dəfə olaraq qonaq qismində bu sərgidə iştirak edir: “Azərbaycana zəngin və imkanlı turistlərin cəlb olunması bizim üçün böyük əhəmiyyət kəsb edir. Bugünkü sərgidə lüks turizm xidmətləri nümayiş olunur. Bildiyiniz kimi, Azərbaycana gələn turist orta hesabla 700 dollar xərcləyir. Biz istəyərdik ki, bu rəqəmlər artsın. Ona görə də, daha çox imkanlı və zəngin insanların turizm məqsədilə Azərbaycana gəlməsinin marağındayıq. Bizim üçün xüsusi olaraq salon ayrılıb. Azərbaycan Turizm Assosiasiyası ilə Mədəniyyət və Turizm Nazirliyinin birlikdə keçirdiyi bu layihədə Azərbaycanın 27 ən böyük hotel və şirkətlərin nümayəndələri iştirak edir”.

Ə. Qarayev Rusiyadan Azərbaycana gələn turistlərin potensialının daha böyük olduğunu söyləyib: “Çünki viza tətbiq olunmur. Rahat nəqliyyat çalışmaqdadır. Rusiya bazarı Azərbaycan turzmi üçün böyük əhəmiyyət kəsb edir. Biz nəinki bu sərgidə, bundan sonra keçiriləcək Moskva Beynəlxalq Turizm Sərgisində də iştirak edəcəyik. Lakin bu seqment xüsusi bir seqmentdir. Bildiyiniz kimi, “Condé Nast Traveller” dünyanın ən nüfuzlu turzim jurnalarından biridir. Dünən bu jurnalın təqdimatı keçirilərkən ən qonaqpərvər şəhərlər nominasiyasında Bakı şəhərinin də adı çəkildi. Bakı ilə yanaşı, həmin şəhərlərin sırasında Banqkok, Dubay, Roma və Paris vardı. Dünyanın ən qonaqpərvər beş şəhərinin sırasında Bakının adının olması Azərbaycan turizminin özünəməxsus yer tutmasından xəbər verir. Bu, çox böyük uğurdur. Çalışmaq lazımdır ki, Azərbaycan hotelleri öz xidmətləri ilə bu sərgidə çox ciddi təqdim olunsun. Nəzərə alaq ki, Azərbayacanda bu il Avropa Oyunları keçiriləcək. Bugünkü sərgidə Azərbaycan hotel və turizm şirkətlərinin bu səviyyədə təmsil olunması Avropa Oyunları zamanı hotellərimizə çoxlu sayda tursitlərin cəlb olunmasına imkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR