Şəmkirdə "Chevrolet", Zaqatalada transformator yanıb

Şəmkirdə "Chevrolet", Zaqatalada  transformator yanıb
# 04 aprel 2015 04:41 (UTC +04:00)

Bakı-APA. Ötən gecə respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonunda vətəndaşa məxsus "Chevrolet" markalı minik avtomobilində yanğın baş verib. Nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 00:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi Zaqatala rayonunda qeydə alınıb. Rayonun Aşağı Tala kəndində (rayon mərkəzindən 5 km aralı), transformatorun yağı yanıb. Transformatorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR