Azərbaycanda «Xalq kompüteri» layihəsi çərçivəsində güzəştli şərtlərlə 21 mindən artıq kompüter satılıb

Azərbaycanda «Xalq kompüteri» layihəsi çərçivəsində güzəştli şərtlərlə 21 mindən artıq kompüter satılıb
# 03 aprel 2013 07:27 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Xalq kompüteri» layihəsi çərçivəsində Azərbaycan vətəndaşlarına indiyədək güzəştli şərtlərlə 21 mindən artıq kompüter və noutbuk satılıb.

«APA-Economics»in məlumata görə, «Xalq kompüteri» layihəsinin icrasına 2009-cu ilin aprelin 10-da başlanılıb ki, layihə çərçivəsində ölkə vətəndaşlarına güzəştli şərtlərlə 21 250 ədəd kompüter və noutbuk satılıb. Satılan kompüterlərin əsas hissəsi regionların payına düşüb. Azərbaycan paytaxtından sonra ən çox kompüter Naxçıvanda və Gəncədə satılıb. Satılan kompüterlərin yarısından çoxunu noutbuklar, qalan hissəsini isə fərdi kompüterlər təşkil edib.

Qeyd edək ki, layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələri tərəfindən müasir kompüter və lisenziyalı proqram təminatlarının əldə olunması üçün şəraitin yaradılması, regionlarda «rəqəmsal bərabərsizliyin» azaldılması məqsədilə İKT-nin tətbiqinin genişləndirilməsi və həmçinin, Azərbaycan hökumətinin informasiya cəmiyyəti və elektron hökumətin inkişafına yönəlmiş fəaliyyətinin dəstəklənməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR