Bakıda oğurluq edən şəxslər tutulublar

Bakıda oğurluq edən şəxslər tutulublar
# 08 dekabr 2014 10:07 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda oğurluq hadisələri törədən şəxslər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də Lökbatan qəsəbəsindəki ticarət mərkəzində Şamaxı rayon sakini Rafiq Tağıyevin cibindən 350 manat və Ucar rayon sakini İsmayıl Salahovun cibindən 170 manat oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Vüqar Zərbəliyev tutulub.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə dekabrın 4-də gecə saatlarında Türkan qəsəbəsində, Bakı şəhər sakini Rauf Hacıyevə məxsus “Fiat” markalı avtomobilin şüşəsini sındırmaqla, avtomaşında ayırı-ayırı şəxslərə məxsus çantalardan 260 manat və şəxsi sənədləri talamaqda şübhəli bilinən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Balaqulu Ağayev saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR