Müdafiə naziri Azərbaycan Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub - FOTO

Müdafiə naziri Azərbaycan Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub - <span style="color: red;">FOTO
# 05 dekabr 2014 15:01 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş hazırlığını yoxlamaq məqsədilə Mərkəzi Komanda Məntəqəsində olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrində qısa müddət ərzində döyüş hazırlığının yüksəldilməsi məqsədilə görülən işlər barədə müdafiə nazirinə məruzə edib.

Ən müasir avtomatik idarəetmə sistemləri ilə təchiz edilmiş məntəqədə yaradılan şəraitlə tanış olan müdafiə naziri Hərbi Hava Qüvvələri tərəfindən hava məkanındakı kəşfiyyat məlumatlarının toplanılması, təhlili, o cümlədən qərarların vaxtında qəbul edilməsinin vacibliyini şəxsi heyətin diqqətinə çatdırıb. Z. Həsənov Hərbi Hava Qüvvələrinin idarə edilməsi, iş bacarığının təkmilləşdirilməsi, modelləşdirmə proqramı əsasında Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyətlərini idarə edən heyətin praktiki vərdişlərinin artırılması, özünün və düşmən aviasiyasının, hava hücumundan müdafiə vasitələrinin imkanları, xüsusiyyətləri, döyüş tətbiqinin analiz edilməsi barədə Hərbi Hava Qüvvələri komandanlığı qarşısında tapşırıq qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR