“Paşa Bank”ın aktivlərinin həcmi 2017-ci ilin I rübündə 3 mlrd. 707,849 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,59% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 12,66% artaraq 977,875 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 18,63% dəfə artaraq 2 mlrd. 976,012 mln. manata, çatıb. Öhdəliklərin həcmi isə illik müqayisədə 16,23% artaraq 3 mlrd. 264,320 mln. manat olub.
Bankın nizamnamə kapitalı 333 mln. manat səviyyəsində qalıb, məcmu kapitalı 414,257 mln. manat olub.
Qeyd edək ki, bank rüb ərzində 6 mln. 532 min manat gəlir əldə edib.