Balakən sakini bıçaqlanıb - VİDEO

Balakən sakini bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 17 iyul 2014 10:24 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə 22 yaşlı gənc naməlum şəraitdə bıçaqlanıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə iyulun 16-da axşam saatlarında Balakən şəhəri ərazisində baş verib.

1992-ci il təvəllüdlü Balakən şəhər sakini Əmrah Məhəmməd oğlu Abdullayev aşağı ətrafın sağ bud nahiyəsinin kəsilmiş və deşilmiş yarası ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Balakən RMX-dan APA-ya verilən məlumata görə, Ə. Abdullayevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti orta-stabil hesab edilir.

Balakən rayon Polis Şöbəsində faktla bağlı cinayət işi qaldırılıb, Ə. Abdullayevin kim və hansı şəraitdə bıçaqlanması araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR