Gəncədə qadın bıçaqlanıb

Gəncədə qadın bıçaqlanıb
# 11 oktyabr 2014 16:26 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 53 yaşlı Sevil Abbasova əl nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya müraciət edib. Ona yardım göstərildikdən sonra qadın evə buraxılıb. Qadın polis əməkdaşlarına bildirib ki, yaşadığı 2 saylı yataqxanada otağının üstündən onun mənzilinə su töküldüyü üçün orada yaşayan Daşdəmir adlı qonşusuna etirazını bildirib. Qonşu isə cavabında bıçaqla ona xəsarət yetirib.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR