Azərbaycanda RSI indeksi artıb

Azərbaycanda RSI indeksi artıb
# 16 aprel 2013 13:39 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2013-cü ilin mart ayı üzrə 123,3% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici fevral ayının indeksindən 31,1 faiz bəndi çoxdur.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Bu ilin mart ayında ümumi pərakəndə dövriyyəsi 1 683,8 mln. manat, fevralda isə 1 365,8 mln. manat təşkil edib.

Göründüyü kimi, indeks artmaqla paralel 100%-dən yüksək olub. İndeksin 100%-dən yüksək olması mart ayında pərakəndə ticarətin həcminin fevral ayı müqayisədə artmasını göstərir. Qeydə edək ki, 23,3% kimi böyük aylıq artımın əsas səbəbi mart ayında bir neçə bayramın qeyd edilməsi ilə bağlıdır.

Ümumilikdə, bu ilin I rübü ərzində pərakəndə ticarətdə 9,5%-lik illik artım müşahidə olunub. Bundan əlavə qeyd etmək olar ki, 2012-ci il ərzində orta aylıq pərakəndə ticarətin dövriyyəsi 1,463 mlrd. manat olduğu halda, 2013-cü ildə bu göstərici artıq 1,510 mlrd. manata çatıb. Beləliklə, həmin göstərici üzrə kiçik də olsa (3,2%) artım müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR