Gəncədə payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri ilə bağlı seminar keçirilib - FOTO - VİDEO

Gəncədə payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri ilə bağlı seminar keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 20 noyabr 2014 10:57 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə «Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri ilə bağlı yerli icra hakimiyyəti orqanları və qurumlar qarşısında duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, müşavirə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə baş tutub. Tədbirdə qərb bölgəsinin icra strukturları, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də bələdiyyələrin nümayəndələri iştirak ediblər.

Seminar-müşavirədə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Hikmət Xudiyev yanğın təhlükəsizliyinin təmin olunmasında yerli icra hakimiyyəti və qurumlarının vəzifələri, payız-qış mövsümünün başlanması ilə əlaqədar qabaqlayıcı və maarifləndirici tədbirlərə geniş yer verilməsinin zəruriliyi mövzusunda məruzə ilə çıxış edib. Qaz təchizatı və istehlakı sahəsində təhlükəsizlik qaydalarına əməl edilməsi, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və bədbəxt hadisələrlə nəticələnən, ölkə iqtisadiyyatına və vətəndaşlara ziyan vurulmasına səbəb olan qanun pozuntularının qarşısının alınması tədbirdə xüsusi vurğulanıb.

Qeyd olunub ki, bu istiqamətində müvafiq icra strukturları qabaqlayıcı tədbirlərin hazırlanıb həyata keçirilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlamalı, hər bir müəssisə və təşkilat yanğına qarşı təbliğat xarakterli tədbirlər keçirməlidir. Seminar-müşavirədə əhalinin yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi məsələsi də geniş müzakirə olunub. «Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı», «Elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri» mövzusunda çıxışlar dinlənilib.

Tədbir çərçivəsində «Dəm qazından ehtiyatlı olun!» adlı qısametrajlı film nümayiş etdirilib. Sonda seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara yanğın təhlükəsizliyi qaydalarını təbliğin edən 9 adda maarifləndirici plakat və yaddaş vərəqələri paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR