ABŞ-da polisin öldürdüyü gəncin ekspertiza nəticələri yenidən iğtişaşlara səbəb olub

ABŞ-da polisin öldürdüyü gəncin ekspertiza nəticələri yenidən iğtişaşlara səbəb olub
# 18 avqust 2014 09:39 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində polis tərəfindən öldürülmüş gəncin cəsədi üzərində aparılmış tibbi ekspertizanın nəticələri açıqlandıqdan sonra bu şəhərdəki küçə nümayişləri yenidən şiddətlənib.

APA-nın “İndepentent”ə istinadən verdiyi məlumata görə, tibbi ekspertiza nəticəsində məlum olub ki, avqustun 9-da Ferqyusonda polis əməkdaşı tərəfindən öldürülmüş Maykl Brauna altı dəfə atəş açılıb, bu atəşlərin ikisi onun başına tuşlanıb.

Bu məlumatdan qəzəblənən insanlar küçəyə çıxaraq cavabdeh şəxslərin məsuliyyətə cəlb olunmasını tələb ediblər. Polis nümayişi dağıtmaq üçün rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. Polisin güc tətbiqi nəticəsində ölən olmayıb, lakin xəsarət alanlar arasında uşaqların və media mənsublarının da olduğu deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR