Çində 11 britaniyalı vətəndaş həbs edilib

Çində 11 britaniyalı vətəndaş həbs edilib
# 14 iyul 2015 19:11 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın 11 vətəndaşı Çində həbs edilib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyan xarici işlər nazirliyi açıqlama yayıb.

Məlumata əsasən, Böyük Britaniyanın konsulluğu artıq insidentlə əlaqədar Çin hökuməti ilə təmasdadır. Qeyd olunur ki, saxlanılanlardan 2 nəfər ikili vətəndaşlığa (Böyük Britaniya və Cənubi Afrika Respublikası) malikdir. Onların hansı səbəbdən həbs edildiyi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR