İranda Novruz bayramı münasibətilə 1059 məhbus əfv edilib

İranda Novruz bayramı münasibətilə 1059 məhbus əfv edilib
# 18 mart 2013 11:33 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda qarşıdan gələn Novruz bayramı münasibətilə 1059 məhbus əfv edilib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, İran Məhkəmə Hakimiyyətinin sədri, ayətullah Sadiq Amoli Laricani 1059 məhbusun əfv edilməsi üçün ölkənin ali dini rəhbəri, ayətullah Əli Xamneyiyə müraciət edib.

Ali dini rəhbər ümumi, xüsusi, inqilab və hərbi məhkəmələr tərəfindən azadlıqdan məhrum edilmiş həmin məhbuslardan əksəriyyətinin sərbəst buraxılması, bəzilərinin isə həbs cəzalarının endirilməsi təklifini qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR