Bakıda qətl törədən şəxs tutulub

Bakıda qətl törədən şəxs tutulub
# 06 mart 2015 07:22 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də saat 23:00 radələrində A.Heydərov küçəsində kirayədə yaşayan Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü Bəxtiyar Mail oğlu Əliyevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Nicat Əliheydər oğlu Məlikov müəyyən olunaraq tutulub.

Qeyd edək ki, qətlə yetirilən B.Əliyevin cinsi azlıqların nümayəndəsi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR