Bank Of Baku

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirilib - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirilib - FOTO
# 06 noyabr 2026 13:48 (UTC +04:00)

Laçında 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə “Böyük qayıdışın Zəfər bayramı” adlı konsert proqramı təşkil olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbir Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilib.

Konsert proqramından əvvəl tədbir iştirakçıları Laçın şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Laçın rayon axundu Əsgər Məmmədov şəhidlərin ruhuna dualar oxuyub. Daha sonra xiyabana əklil və gül dəstələri qoyulub.

"LaçınCinema" kino mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev çıxış edərək iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi Zəfərin xalqımızın yaddaşında xüsusi yer tutduğunu bildirib.

Çıxışda 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən bəhs olunub. Vətən uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlığının heç vaxt unudulmayacağı, qazilərin fədakarlığının daim ehtiramla yad ediləcəyi qeyd edilib.

Daha sonra Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. O, Azərbaycanın qazandığı tarixi Zəfərin xalqımızın milli birliyinin, iradəsinin və qəhrəmanlığının təcəssümü olduğunu vurğulayıb.

Rəsmi hissədən sonra Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib. Proqram iştirakçılar tərəfindən maraqla qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR