Gənc Tamaşaçılar Teatrı iyulun 8-də mövsümə yekun vuracaq

Gənc Tamaşaçılar Teatrı iyulun 8-də mövsümə yekun vuracaq
# 05 iyul 2014 16:39 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iyulun 8-də Xaçmaz rayon Mədəniyyət Sarayında 86-cı teatr mövsümünə yekun vuracaq.

Teatrdan APA-ya verilən məlumata görə, teatrın kollektivi iyunun 29-dan bölgələrə qastrol səfərindədir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Yevlax və Goranboy rayonlarında M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” komediyası ilə çıxış edən kollektiv hazırda Mingəçevir Dövlət Dram Teatrında qastrol səfərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR