Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı bıçaqlanıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı bıçaqlanıb
# 18 avqust 2014 11:03 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon sakini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin əməkdaşı Əliyev Füzuli Veyis oğlu 6 bıçaq yarası ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahi müdaxilə ilə onun həyatını xilas etmək mümkün olub.

F. Əliyevin keçmiş qudaları ilə aralarında yaranmış münaqişə nəticəsində bıçaqlandığı bildirilir.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR