Gəncədə 2 otaqlı ev, Cəlilabadda isə "Opel" markalı minik avtomobili yanıb

Gəncədə 2 otaqlı ev, Cəlilabadda isə "Opel" markalı minik avtomobili yanıb
# 30 oktyabr 2014 22:52 (UTC +04:00)

Bakı-APA. Gəncə və Cəlilabadda yanğın hadisələri qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncənin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv m olan 2 otaqlı evdə yanğın olub. Nəticədə evin 1 otağında 1 ədəd çarpayı yanıb. Ev yanğından mühafizə olunub.

Cəlilabad şəhərində isə vətəndaşa məxsus "Opel" markalı minik avtomobildə yanğın baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR