Əbülfəs Qarayev Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin X konfransında çıxış edib

Əbülfəs Qarayev Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin X konfransında çıxış edib
# 16 aprel 2013 14:59 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Aprelin 15-16-da Moskvada Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin X yubiley konfransı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfrans çərçivəsində "Hökumətlərin rolu: yeni vəzifələr və imkanlar" mövzusunda keçirilən sessiyada Ə.Qarayev Azərbaycanın innovasiya texnologiyalarının tətbiqi sahəsində təcrübəsi haqqında məruzə ilə çıxış edib.


Konfransda həmçinin mayın 29-da Bakıda işə başlayacaq II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR