Derek Hoqan: "Azərbaycanda gender problemləri ilə mübarizə üçün vacib addımlar atılır"

Derek Hoqan: "Azərbaycanda gender problemləri ilə mübarizə üçün vacib addımlar atılır"
# 25 noyabr 2014 15:55 (UTC +04:00)

Bakı .Anaxanım Hidayətova – APA. "Biz çox şadıq ki, Azərbaycanda gender problemləri ilə mübarizə aparmaq üçün vacib qanunlar qəbul edilir, eləcə də digər addımlar atılır". APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan "Gender zorakılığı və erkən nikahlara qarşı mübarizə" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Diplomat bildirib ki, USAİD təşkilatı vasitəsilə ABŞ höküməti Azərbaycana gender bərabərliyinə dair qanunvericiliyə əlavələr etmək üçün 40-dan çox məsləhət verib: "ABŞ höküməti həm də Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsi ilə birgə işləyərək Azərbaycan regionlarında ailə-məişət qurumlarına daha effektli kömək etməyə çalışıb”.

D. Hoqan Azərbaycan hökümətinə, eləcə də vətəndaş cəmiyyətinə və beynəlxalq təşkilatlara bu istiqamətdə görülən işlərə görə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR