Səfir: “Kürd məsələsi ilə bağlı Moskva ilə Ankara arasında fikir ayrılığı qalmaqdadır”

Səfir: “Kürd məsələsi ilə bağlı Moskva ilə Ankara arasında fikir ayrılığı qalmaqdadır”
# 11 avqust 2016 13:54 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşündə kürd məsələsi müzakirə olunub".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım bu gün "Rossiya Seqodnya" agentliyində keçirdiyi mətbuat konfransında bildirib.


Səfirin sözlərinə görə, Moskva ilə Ankara arasında kürd məsələsi ilə bağlı fikir ayrılığı qalmaqdadır: "Biz avqustun 9-da bu barədə danışdıq və gələcəkdə də danışacağıq. Deyə bilərik ki, kürd məsələsində Rusiya ilə Türkiyənin fərqli mövqeləri var. Türkiyə tərəfinin kürd məsələsi ilə bağlı narahatlığı var və Ankara bu narahatlığın neçə gerçəkləşdiyini görür. Lakin hesab etmirəm ki, mövqelərimizi bir-birinə tamamilə əks kimi qəbul etmək lazımdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR