Avstriyanın xarici işlər naziri Azərbaycana gələcək

Avstriyanın xarici işlər naziri Azərbaycana gələcək
# 09 sentyabr 2014 09:15 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Avstriyanın xarici işlər naziri Azərbaycana səfər edəcək.

Avstriyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts sentyabrın 11-12-də Azərbaycanda səfərdə olacaq.

Avstriya XİN başçısının Azərbaycana gəlişi Cənubi Qafqaza səfəri çərçivəsində baş tutacaq.

Qeyd edək ki, bu, Sebastyan Kurtsun Azərbaycana ilk səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR