Ukrayna Rusiyanın təcavüzünü dayandırmağa çağırıb

Ukrayna Rusiyanın təcavüzünü dayandırmağa çağırıb
# 29 avqust 2014 01:47 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın BMT-dəki nümayəndəsi Aleksandr Pavliçenko bəyan edib.

“Rusiya Ukraynaya qarşı birbaşa hərbi müdaxiləyə əl atıb. Biz, ukraynalıların və rusların həyatlarını qorumaq naminə Rusiya qoşunlarının Ukraynanın ərazisindən çıxarılmasını tələb edirik. Həmçinin tələb edirik ki, Rusiya ATƏT-in vasitəçiliyi ilə Ukrayna-Rusiya sərhədində nəzarəti gücləndirsin, separatçılara silah-sursat və canlı qüvvə ilə köməyini dayandırsın”, Pavliçenko deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR