Paşha Bank
Bank Of Baku

DYP sürücülərə dumanla bağlı xəbərdarlıq edib

DYP sürücülərə dumanla bağlı xəbərdarlıq edib
# 15 aprel 2019 10:04 (UTC +04:00)

"Hansı ərazidə duman varsa, sürücülər duman işıqlarını yandırıb hərəkət etməlidirlər".

Bu barədə ONA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

O bildirib ki, sürücülərə yaxın işıqlarını yandırıb hərəkət etmək, sürəti minumuma endirmək, ara məsafə normadan artıq saxlamaq tövsiyə olunur: “Hər bir sürücü çalışmalıdır ki, yol-nəqliyyat hadisəsi baş verməsin. Bunun üçün də diqqətli olmalıdırlar”.

Bölmə rəisi deyib ki, hazırda Bakı şəhər üzrə duman səbəbindən maddi zərərlə nəticələn iki yol qəzası baş verib, xəsarət alan yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR