Dövlət Gömrük Komitəsində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş mərasim keçirilib - FOTO

Dövlət Gömrük Komitəsində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş mərasim keçirilib - <span style="color: red;">FOTO
# 06 mart 2015 18:36 (UTC +04:00)

DGK Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, əlamətdar gün münasibətilə gömrükçü qadınları təbrik edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bəşəriyyətin tacı olan, adı cəmiyyətdə uca tutulan, müqəddəs varlıq sayılan qadına xalqımızın həmişə hörmətlə yanaşdığını bildirərək Azərbaycan qadınının ali keyfiyyətlərindən danışıb. Vurğulanıb ki, 8 Mart - bəşəriyyətin ülvi bir varlıq olan qadına bəslədiyi məhəbbət və ehtiramı parlaq ifadə etdirən bay­ram kimi dünyada geniş qeyd olunur. Qadınlar bəşəriyyətin tale yüklü problemlərinin həllinə həmişə öz töhfələrini verib və bu gün də müasir dünyanın inkişaf istiqamətlərinin müəyyən edilməsində böyük xidmətlər göstərirlər. Böyük mədəni irsə malik olan bir xalq kimi Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki yerinə daim böyük ehtiramla yanaşıb. Bu gün dinamik inkişaf yolu tutan ölkəmizdə demokratikləşmə və dövlət quruculuğu proseslərində Azərbaycan qadınının fəal iştirakı üçün möhkəm zəmin yaranıb. Dövlətin bütün sahələrində qazanılan uğurlarda qadınlarımızın da fədakar əməyi, böyük töhfələri var.

İqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan gömrükçü qadınların fəaliyyətindən də bəhs edən DGK səd­ri A.Əliyev onlara ailə səadəti, fəaliyyətlərində daha böyük uğurlar arzulayıb. Mərasimin sonunda gömrükçü qadınlara bayram hədiyyəsi, gül-çiçək dəstələri təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR