Arif Hacılı: “Özünü müxalifət hesab edən bəzi qüvvələr Müsavatın zəiflədiyi görüntüsünü yaratmağa çalışırlar”

Arif Hacılı: “Özünü müxalifət hesab edən bəzi qüvvələr Müsavatın zəiflədiyi görüntüsünü yaratmağa çalışırlar”
# 04 aprel 2015 14:16 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Təəssüflər olsun ki, özünü müxalifət hesab edən bəzi qüvvələr də Müsavatın zəiflədiyi görüntüsünü yaratmağa çalışır”.

APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı partiya Məclisinin toplantısında çıxış edərkən deyib.

O bildirib ki, AXCP rəhbərliyi Müsavatın Milli Şuranın mitinqində iştirakını arzulamır: “Müsavatın Milli Şuranın mitinqində iştirakı üçün 3 dəfə AXCP rəhbərliyinə müraciət etmişəm. Bir dəfə Cəmil Həsənli ilə görüşüb danışmışam. Amma onlar Müsavat Partiyasının bu prosesdə iştirak etməyini istəmirlər. Mən təkəbbürlü adam deyiləm və bu məsələyə şəxsi iş kimi baxmıram”.

Xatırladaq ki, Milli Şura sabah Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR