Gəncədə təcili tibbi yardım çağırışlarının sayı 20 faiz artıb

Gəncədə təcili tibbi yardım çağırışlarının sayı 20 faiz artıb
# 26 mart 2013 15:11 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. Bayram günlərində Gəncədə təcili tibbi yardım çağırışların orta gündəlik sayı adı günlərə nisbətən 20 faiz çox olub. Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Namiq Nəbiyevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, adi günlərdə şəhərdə 160-180 tibbi yardım çağırışları olurdusa da, bayram günlərində bu göstərici 210-a qalxıb. Bayram günlərində şəhər sakinləri əsasən mədə-bağırsaq pozğunluğu, öd, qaraciyər, böyrəyin kəskin ağrıları və arterial təzyiqin yüksəlməsi kimi hallardan əziyyət çəkiblər.

“Bayram günlərində vətəndaşlar qidalanma qaydalarına əməl etmirlər. Bütün növ qidalar qarışdırılır və ya həddindən artıq qida qəbul edilir. Bunun nəticəsində də mədə-bağırsaq pozuntuları və müxtəlif orqanlarında ağrılar əmələ gəlir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR