Bank Of Baku

Göyçayda 29 yaşlı qadın özünü zəhərləyib

Göyçayda 29 yaşlı qadın özünü zəhərləyib
# 08 may 2019 12:44 (UTC +04:00)

Göyçay rayonunda gənc qadın intihara cəhd edib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alxasafa kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyeva Fəxrəndə Fərhad qızı sirkə turşusu içib. O, ağır vəziyyətdə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR