Bank Of Baku

“Azərbaycan Kənd İnvestisiya Layihəsi» çərçivəsində Naxçıvanda 88 icma layihəsi başa çatıb

“Azərbaycan Kənd İnvestisiya Layihəsi» çərçivəsində Naxçıvanda 88 icma layihəsi başa çatıb
# 12 avqust 2008 13:46 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. “Azərbaycan Kənd İnvestisiya Layihəsi» (“AKİL”) çərçivəsində Naxçıvanda indiyədək 88 icma layihəsi başa çatıb. Naxçıvan Regional Əməliyyatlar Ofisinin rəhbəri Əbülfət Əhmədovun APA-nın Naxçıvan bürosuna verdiyi məlumata görə, hazırda bölgədə daha 16 icma layihəsinin icrası davam etdirilir ki, proses avqustun sonu - sentyabrın əvvəllərində başa çatdırılacaq.

“AKİL”-in bölgədə müddətinin 2012-ci ilədək uzadılması nəzərdə tutulur. Yekun qərar isə Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında imzalanılan kredit sazişindən sonra məlum olacaq.

Qeyd edək ki, “AKİL” Dünya Bankı və Azərbaycan hökuməti tərəfindən həyata keçirilir, və 3 zona (Düzən Şirvan, Muğan Salyan və Naxçıvan MR) üzrə 21 rayonu əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR