Bank Of Baku

Azərbaycanda «AzGerneft» şirkətinin ərazisində şlamın mexaniki və bioloji rekultivasiyası işlərinə başlanıb

Azərbaycanda «AzGerneft» şirkətinin ərazisində şlamın mexaniki və bioloji rekultivasiyası işlərinə başlanıb
# 09 oktyabr 2008 14:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi tərəfindən «AzGerneft» Müştərək Müəssisəsinin 3 ha ərazisində karbohidrogen əsaslı şlamın mexaniki və bioloji rekultivasiyası işlərinə başlanıb. Bu barədə «APA-Economics»ə Ekologiya İdarəsindən məlumat verilib.
Layihənin Ekologiya idarəsi və «EKOL Mühəndislik Xidmətləri» QSC tərəfindən yerinə yetirilməsi nəzərdə tutulur.
Artıq layihə üzrə ərazinin ilkin ekoloji monitorinqi aparılıb, nümunələr götürülüb və laborator analizləri aparılaraq hesabat hazırlanıb. Mexaniki və bioloji rekultivasiya işləri üçün layihə smeta sənədlərinin hazırlanması başlanıb. Mexaniki təmizləmə işlərində istifadə olunması üçün istehsal gücü 15 ton/saat olan MS-1 mobil təmizləyici qurğu sahədə quraşdırılıb. İşlər başa çatdırıldıqdan sonra sahənin yaşıllaşdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR