Bank Of Baku

Zaqatalada iki Qarabağ əlilinə avtomobil hədiyyə edilib

Zaqatalada iki Qarabağ əlilinə avtomobil hədiyyə edilib
# 10 oktyabr 2008 08:33 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada iki Qarabağ müharibəsi əlilinə “OKA” avtomobili hədiyyə olunub. Bu barədə APA-nın yerli bürosuna Zaqatala Sosial Müdafiə Mərkəzinin sədri Elman Muradov məlumat verib. E. Muradov bildirib ki, rayonun Zəyəm kənd sakini, 1-ci qrup Qarabağ müharibəsi əlili Məmmədov Rüstəm Tahir oğlu və Muğanlı kənd sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili Qurbanov Akif Qurban oğluna Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xətti ilə “OKA” avtomobili hədiyyə olunub. O, rayonda 20 əlilə əlil arabalarının verildiyini söyləyib. Bəhmədli kənd sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili Cavadov Azad Cavad oğlu üçün fərdi yaşayış evinin tikintisinə də başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR