Bank Of Baku

Zaqatalada Böyük Britaniya kraliçası II Yelizavetaya aid medalyon tapılıb - FOTO

Zaqatalada Böyük Britaniya kraliçası II Yelizavetaya aid medalyon tapılıb - <font color=red>FOTO</font>
# 22 oktyabr 2008 15:58 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatala rayonunda Böyük Britaniya kraliçası II Yelizavetaya aid medalyon aşkarlanıb. Bu barədə APA-ya məlumat verən Zaqatala rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Soltanov medalyonun rayonun Maqov kəndində tapıldığını bildirib. Hazırda Böyük Britaniya kraliçası olan 82 yaşlı II Yelizavetaya aid olan bu medalyonun diametri 1,5 sm, çəkisi 0,6 qramdır. Medalyonun avers və reversində ingilis dilində "QUEEN ELIZABETH THE SECOND" sözləri yazılıb və kraliçanın başında tac olan şəkli həkk olunub. Bu tarixi əşyanı təhlil edən muzey direktoru medalyonun müxtəlif metalların xəlitəsindən hazırlandığını, tarixi xronologiya baxımından qədim olmadığını söyləyib. XX əsrə aid tapıntının dövrümüzün məşhur dövlət xadimlərindən biri, məşhur Vindzorlar sülaləsinin nümayəndəsi, 1952-ci ildən Böyük Britaniya kraliçası olan II Yelizavetanın adı ilə bağlılığı şübhə doğurmur. C. Soltanov əşyanın tarixi dəyərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Hazırda muzey əməkdaşları tərəfindən medalyonun elmi annotasiyasının hazırlanması ilə bağlı müvafiq tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR