Bank Of Baku

Adil Qəribov: “Azərbaycan ərazisinin radioaktiv təhlükəsizlik baxımından tədqiq olunaraq xəritələşməlidir”

Adil Qəribov: “Azərbaycan ərazisinin radioaktiv təhlükəsizlik baxımından tədqiq olunaraq xəritələşməlidir”
# 22 oktyabr 2008 16:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Azərbaycanın bütün əraziləri radiasiya təhlükəsizliyi baxımından tədqiq olunmayıb. Bu, ciddi problemdir. Ölkə ərazisi radioaktiv təhlükəsizlik baxımından tədqiq olunaraq xəritələşməlidir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib. Onun sözlərinə görə, ölkə ərazisinin radioaktiv tullantılarla çirkli ərazilərinin xəritələşməsi böyük vəsait tələb edir: “Bunun üçün xaricdən avadanlıqlar gətirilməlidir. Bu işi həyata keçirəcək hazırlıqlı mütəxəssislərimiz də azdır. Hər halda güman edirəm ki, belə bir xəritələşmənin aparılması 5 ildən tez baş verməyəcək”. İnstitut rəhbəri bildirib ki, ölkə ərazisində radioaktiv çirklənmələrin əksəriyyəti texnogen xarakterlidir. A. Qəribov çirklənmiş ərazilərin təmizlənməsi üçün bu ilin aprelindən Nüvə və Radiasiya Təhlükəsizliyi üzrə Agentliyin yaranması ilə bağlı prezidentin sərəncam verdiyini də xatırladıb. Sözügedən qurum radiasiya təhlükəsizliyi sahəsində nəzarətedici və tənzimləyici funksiyanı yerinə yetirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR