Bank Of Baku

Naxçıvanda suqəbuledici qurğuların tikintisi üçün tender elan edilib

Naxçıvanda suqəbuledici qurğuların tikintisi üçün tender elan edilib
# 23 oktyabr 2008 11:28 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirilən «Şəhər Su Təchizatı və Kanalizasiya Layihəsi» çərçivəsində Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi tərəfindən Naxçıvan şəhərində suqəbuledici qurğuların tikintisi üçün tender elan edilib. Təşkilatdan APA-nın yerli bürosuna verilən məlumata görə, təkliflərin son təqdim edilmə tarixi dekabrın 3-ü müəyyən edilib. Tender qalibləri Naxçıvan şəhərində 10 min kubmetr su tutumlu yeni beton anbarın tikiləcək, eləcə də 3000 min kubmetr 2 beton su anbarı bərpa olunacaq. İşlərin başa çatdırılması üçün ayrılmış 9 ay müddətində tenderin qalibləri Naxçıvan şəhəri ərazisində 2,1 km uzunluğunda yeni infiltrasiya kəmərinin çəkilməsini, yeni xlorlaşdırma qurğusunun, habelə yeni beton su kameralarının tikintisini də həyata keçiriləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR