Bank Of Baku

Azərbaycan ərazisində yağışlar həftənin sonunadək davam edəcək

Azərbaycan ərazisində yağışlar həftənin sonunadək davam edəcək
# 23 oktyabr 2008 11:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu həftənin sonunadək Azərbaycan ərazisində tutqun hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, yağıntıların müşahidə edilməsində qısa fasilənin yaranmasına baxmayaraq, həftənin son günlərində yenidən yağmurlu hava şəraiti gözlənilir.

Yaxın günlərdə Abşeron yarımadasında havanın temperaturu 15-18, Aran rayonlarında 15-20, dağlıq rayonlarda 10-15 dərəcə isti gözlənilir. Oktyabrın 21 və 22-də havanın temperaturu iqlim normasından iki dərəcə yüksək olsa da, bu günlərdə temperatur iqlim normasına yaxınlaşacaq.

Yaxın üç gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri gözlənilir. Belə şərait meteohəssas insanlar üçün əlverişli olsa da, tutqun və rütubətli havanın üstünlüyü bəzi insanlarda narahatlıq yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR