Bank Of Baku

Bu il ərzində Müəllif Hüquqları Agentliyinə 350-dən çox müraciət daxil olub

Bu il ərzində Müəllif Hüquqları Agentliyinə 350-dən çox müraciət daxil olub
# 23 oktyabr 2008 14:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu il ərzində Müəllif Hüquqları Agentliyinə (MHA) 350-dən çox müraciət daxil olub. APA-ya açıqlamasında Agentliyin Hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib ki, müraciətlər hüquqların bərpası, əsərlərin qeydiyyatı və məhkəmələrə çağırışla bağlı olub. X. Həsənlinin sözlərinə görə, il ərzində 485 əsər qeydiyyatdan keçirilərək şəhadətnamə verilib: “Əsərlərin qeydiyyatdan keçirilməsi müəlliflik prizumpsiyası deyil. Ola bilsin ki, kimsə əsərini gətirib qeydiyyatdan keçirir, sonra da məlum olur ki, bu əsər onun deyil, başqasınındır. Amma hələlik belə hallar olmayıb. Qanuna əsasən hər bir şəxs heç bir formal prosedur tələb olunmadan şəxsiyyət vəsiqəsi ilə öz əsərini qeydiyyatdan keçirə bilər”.
X. Həsənli bildirib ki, müəlliflər daha çox əsərlərin mənimsənilməsi, kitab piratçılığı və qonorar verilməməsindən şikayətçidirlər. Bu il Agentlik 10-dan çox müəllifin hüquqlarını qoruyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR