Bank Of Baku

Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən ali məktəblər və onların filialları bağlanıb

Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən ali məktəblər və onların filialları bağlanıb
# 24 oktyabr 2008 09:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən ali məktəblər və onların filiallarının hamısı bağlanıb”. APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyi aparatının rəhbəri İlham Pirməmmədov deyib. O bildirib ki, təkcə Azərbaycan Beynəlxalq Universitetində bəzi tələbə köçürmələrində problemlər olub və bununla bağlı araşdırma aparılır: “Köçürülən tələbələrin heç biri imtahanlara buraxılmır. Yəqin gələn imtahanlarda da belə olacaq. Hazırda belə tələbələrin sayı 300-ə yaxındır”.

İ. Pirməmmədov Azərbaycanda yaşayan milli azlıqların dillərində ibtidai siniflər üçün dərsliklər hazırlandığını da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR