Bank Of Baku

QHT-lərə ayrılan vəsaitin necə xərcləndiyinə nəzarət etmək üçün monitorinq qrupu yaradılıb

QHT-lərə ayrılan vəsaitin necə xərcləndiyinə nəzarət etmək üçün monitorinq qrupu yaradılıb
# 24 oktyabr 2008 10:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 2008-ci ildə təqdim olunan layihələrin arasında bizi qane etməyənlər az olmayıb”. Bunu APA-ya açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. Onun sözlərinə görə, ayrılan vəsaitin QHT-lər tərəfindən necə xərcləndiyinə nəzarət etmək üçün şurada monitorinq qrupu yaradılıb. A. Quliyev bildirib ki, 2 QHT müstəqil monitorinq aparmaq üçün bu prosesə cəlb olunub: “Təəssüf edirik ki, QHT-lərin arasında şura ilə vaxtlı-vaxtında əlaqələr yaratmayan, hesabatların təqdim olunmasına ciddi yanaşmayanlar var. Monitorinqlərin aparılması bundan sonra əməkdaşlıq edəcəyimiz QHT-lərin fəaliyyəti və ciddiliyi haqda məlumat toplamağımıza yardım edəcək. Üstünlük o təşkilata veriləcək ki, ona 2008-ci ildə ayrılan vəsait doğru-dürüst xərclənib və layihənin effektivliyini təmin edə bilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR