Bank Of Baku

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 2 milyon 750 min manat ayrılacağı gözlənilir

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 2 milyon 750 min manat ayrılacağı gözlənilir
# 24 oktyabr 2008 10:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 2009-cu il üçün dövlət büdcəsindən 2 milyon 750 min manat ayrılacağı gözlənilir”. Bunu APA-ya açıqlamasında şuranın sədri Azay Quliyev deyib. O bildirib ki, büdcə paketinin təsdiqindən sonra şurada maliyyə vəsaitinin bölüşdürülməsinə dair müzakirələr başlanacaq: “Layihələrin ayrılması ilə bağlı meyarların artırılması da nəzərdə tutulub. Ümumiyyətlə, layihələrə dair bu və ya digər məsələlərə aydınlıq gətirilməsi üçün xüsusi ekspert qrupu formalaşdırmaq istəyirik”. A. Quliyev 2008-ci ildə QHT-lərə ayrılan layihələrin məzmunu, mövzularının effektivliyi ilə bağlı məsələlərin dekabrın 17-də keçiriləcək hesabat xarakterli toplantıda müzakirə ediləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR