Bank Of Baku

Dövlət qulluğuna qəbulla bağlı imtahanlarda iştirak etmək üçün 3 min nəfər sənəd verib

Dövlət qulluğuna qəbulla bağlı imtahanlarda iştirak etmək üçün 3 min nəfər sənəd verib
# 24 oktyabr 2008 10:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Dövlət qulluğuna qəbulla bağlı sənəd qəbulu başa çatıb və bu vaxta qədər 3 min nəfər vakant yerlərə sənəd verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin APA-ya verdiyi məlumata görə, hazırda komissiyaya təqdim olunmuş sənədlər yoxlanılır. M. Abbaszadə sənədlərin yoxlanılmasından sonra neçə nəfərin imtahanlarda iştirak edəcəyi ilə bağlı dəqiq rəqəmin açıqlanacağını qeyd edib. Komissiya sədri bildirib ki, elan olunmuş vakant yerlərlə bağlı müraciətlər müxtəlifdir: “Vakant yerlər elan edən dövlət qurumları sırasında nazirliklər, dövlət komitələri, idarələr var. Bəzən bir yerə 60 nəfər sənəd verib, amma elə yer var ki, ora sənəd verən yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR