Bank Of Baku

İnternatlardan ailələrə qaytarılan uşaqlar üçün müdafiə sistemi yaradılacaq

İnternatlardan ailələrə qaytarılan uşaqlar üçün müdafiə sistemi yaradılacaq
# 24 oktyabr 2008 10:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramının idarə olunması üzrə işçi qrup uşaqların ailələrə verilməsi üçün uşaq müdafiə sisteminin mexanizmini və uşaqlara sosial xidmətlərin təşkili standartlarını hazırlayır. İşçi qrupun rəhbəri Məlahət Hacıyeva APA-ya bildirib ki, hər iki sənəd Nazirlər Kabinetinə təqdim olunacaq: “Hələlik Dövlət Proqramı çərçivəsində bir nəfər də uşaq ailələrə verilməyib. Cəmiyyətdə alternativ qayğı yaratmadan risk qrupuna daxil olan uşaqların ailələrə qaytarılması ailəni və uşağı problemlərlə üz-üzə qoymaq demək olardı”. İşçi qrup həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ailələrə qaytarılan uşaqlar üçün xüsusi müavinət formalarının hazırlanması ilə bağlı təkliflər paketi hazırlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR