Bank Of Baku

Dövlət qulluqçularının reyestrinə 27500 dövlət qulluqçusu ilə bağlı məlumatlar daxil ediləcək

Dövlət qulluqçularının reyestrinə 27500 dövlət qulluqçusu ilə bağlı məlumatlar daxil ediləcək
# 24 oktyabr 2008 11:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Hazırda Azərbaycanda 27500 dövlət qulluqçusu var. Bu barədə APA-ya Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsindən bildirilib. Məlumata görə, yeni yaradılan Dövlət qulluqçularının reyestrinə ölkədəki dövlət qulluqçularının hər biri ilə bağlı məlumatlar daxil olacaq. Reyestrin yaradılması dövlət qulluqçularının daha səmərəli idarə olunmasına xidmət edəcək.
Bildirilib ki, Dövlət Komissiyası ”Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında qanunun icrasına nəzarəti həyata keçirmək üçün tədbirlər planı da hazırlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR