Bank Of Baku

Lənkəranda yeni xidmət obyektlərinin açılışı olub

Lənkəranda yeni xidmət obyektlərinin açılışı olub
# 28 oktyabr 2008 22:00 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda yeni səhiyyə və poçt xidmətləri obyektləri istifadəyə verilib. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) aparatından APA-nın Cənub bürosuna verilən məlumata görə, bu münasibətlə keçirilən mərasimlərdə rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. İlk açılış rayonun Qumbaşı kəndində həkim ambulatoriyasının istifadəyə verilməsi ilə başlanıb. Dörd otaqdan ibarət olan bu xidmət obyektində proçedur, peyvənd, həkim və qeydiyyat şöbələri yaradılıb. Lüvəsər və Darquba kəndlərində isə yeni feldşer- mama məntəqələri istifadəyə verilib. Qısa müddət ərzində ərsəyə gələn hər iki binada ilkin tibbi yardım, peyvənd və qeydiyyatın aparılması üçün müvafiq şərait yaradılıb.
Rayonun Nərimanabad və Haftonu qəsəbələrində isə yeni poçt binalarının açılışı olub. Mərasimlərdə yerli sakinlər çıxış edərək rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR