Bank Of Baku

Lənkəranın daha bir kəndinə təbii qaz verilişi bərpa olunub

Lənkəranın daha bir kəndinə təbii qaz verilişi bərpa olunub
# 29 oktyabr 2008 00:30 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. On beş illik fasilədən sonra Lənkəran rayonunun Separadi kəndinə təbii qaz verilişi bərpa olunub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə düzənlənən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək son dövrlərdə əhalinin kommunal, o cümlədən elektrik enerjisi, qaz, su və s. xidmət sahələri ilə təminatında həyata keçirilən tədbirlərdən danışıb. İcra başçısı rayonun daha bir neçə kəndinə qaz xəttinin çəkilişinin davam etdirildiyini, 2013-cü ilin sonunadək Lənkəranın bütün yaşayış məntəqələrinin qazlaşdırılmasının başa çatdırılacağını diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR