Bank Of Baku

Azərbaycanda qanunsuz otellərə lisenziya verməkdən imtina olunacaq

Azərbaycanda qanunsuz otellərə lisenziya verməkdən imtina olunacaq
# 28 oktyabr 2008 12:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin araşdırmaları nəticəsində qanunsuz fəaliyyət göstərdiyi aşkarlanan otellərin bəziləri lisenziya almaq üçün adıçəkilən quruma müraciət edib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.
Şöbə müdirinin sözlərinə görə, artıq Şamaxı, Qəbələdəki bəzi otellər fəaliyyətini qanuniləşdirmək üçün lisenziya almaq istədiyini nazirliyə açıqlayıb: «Ancaq lisenziyasız fəaliyyət göstərən mehmanxanalar yenə də var. Bəzi mehmanxanaları «mehmanxana» kimi adlandırmaq da olmaz. Ona görə də belə mehmanxanalara lisenziya verməyəcəyik».
Nazirlik səlahiyyətlisinin verdiyi məlumata görə, noyabrın 10-13-də Londonda dünyanın ən böyük beynəlxalq turizm sərgisi keçiriləcək. Həmin sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi təmsil edəcək. Hazırda buna hazırlıq işləri görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR