Bank Of Baku

Azərbaycanın paytaxtındakı orta məktəblərdə 557 müəllimə ehtiyac var

Azərbaycanın paytaxtındakı orta məktəblərdə 557 müəllimə ehtiyac var
# 28 oktyabr 2008 13:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Hazırda Bakının orta məktəblərində 557 vakant fənn müəllimi yeri var. Bakı şəhəri üzrə Təhsil İdarəsinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyev APA-ya bildirib ki, paytaxt məktəblərində daha çox informatika fənn müəllimlərinə tələbat var. Məktəblərdə informatika fənn müəllimləri üçün 93, ingilis dili müəllimləri üçün 62, ibtidai sinif müəllimləri üçün 57, fiziki tərbiyə müəllimləri üçün 48, gənclərin çağırışa qədərki hazırlığı fənn müəllimləri üçün 36 vakant yerin olduğu müəyyənləşib. İdarə rəisinin sözlərinə görə, informatika və ingilis dili müəllimlərinə Əzizbəyov, Sabunçu və Qaradağ rayonlarındakı məktəblərdə daha çox tələbat duyulur. Amma məktəblərdə fizika, kimya, biologiya fənn müəllimlərinin ehtiyac azdır, rus dili müəllimlərinə isə heç ehtiyac yoxdur. Hazırda Bakının yalnız Nərimanov, Nizami və Nəsimi rayonlarındakı orta ümumtəhsil müəssisələrində müəllim çatışmazlığı problemi yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR