Bank Of Baku

Səhiyyə Nazirliyi Bakıda bir aptekin fəaliyyətini dayandırıb

Səhiyyə Nazirliyi Bakıda bir aptekin fəaliyyətini dayandırıb
# 28 oktyabr 2008 14:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Azərbaycan Səhiyyə Nazirliyi əczaçılıq müəssisələrinə keçirdiyi baxış zamanı “Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə” tələblərə cavab verməyən aptek aşkarlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində 21 saylı binada yerləşən Əmirova Xatirə Sabzulla qızına məxsus aptek köşkünə baxış zamanı nöqsan və çatışmazlıqlar - aptekin orta təmirli olması, aptek mebeli ilə təchiz olunmaması, 7 adda (50 qutu) dərman preparatının yararlılıq sertifikatının olmaması, aptek köşkündə satışı nəzərdə tutulmayan, həkim resepti əsasında buraxılan dərman preparatlarının çoxluq təşkil etməsi və s. aşkarlanıb.

Bununla əlaqədar olaraq, həmin aptekin fəaliyyəti dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR