Bank Of Baku

Bu il Azərbaycanda istehsalatda 50 nəfər dünyasını dəyişib

Bu il Azərbaycanda istehsalatda 50 nəfər dünyasını dəyişib
# 28 oktyabr 2008 14:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda istehsalatda 190 bədbəxt hadisə baş verib.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Nəbi Şükürlü «APA-Economics»ə bildirib ki, istehsalatda baş verən bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artıb. Bu il istehsalatdakı bədbəxt hadisələrin 49-u tikintidə baş verib. Hadisələrin 11-i qrup halında (onun 2-si tikintidə) olub.
Bu il bədbəxt hadisə nəticəsində 211 nəfər işçi zərər çəkib. Onların 57-si tikinti sektorunda çalışıb. Bədbəxt hadisədən zərərçəkənlərin 50-si (19-u tikinti sahəsində) dünyasını dəyişib ki, bu da ötən ilin müvafiq dövrü (72 hadisə) ilə müqayisədə 30,6% azdır. Zərərçəkənlərdən 161 nəfər (onun 38-i tikinti sektoru) xəsarət alıb. Bu il istehsalatda xəsarət alanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR